Xəbər lenti

Azərbaycan Kubokunun püşkatma mərasimi keçirildi
İdman11:36 10.11.2021

Azərbaycan Kubokunun püşkatma mərasimi keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub. Kuboka 1/8 final mərhələsindən start veriləcək. Sözügedən mərhələdə Premyer Liqa təmsilçilərindən "Keşlə", "Səbail" və "Sabah" olacaq. Digər klublar reytinqinə görə 1/4 finaldan etibarən kubok oyunlarına start verəcəklər. 1/4 final mərhələsindən etibarən oyunlarda ev-səfər prinsipi tətbiq olunacaq:
Azərbaycan Kuboku
1/8 final
1. MOİK - "Qəbələ"
2. "Keşlə" - "Qaradağ Lökbatan"
3. "Sabah" - "Kəpəz"
4. "Zaqatala" - "Səbail"
1/4 final
1. "Zirə" - "Zaqatala" / "Səbail"
2. "Sumqayıt" - MOİK / "Qəbələ"
3. "Qarabağ" - "Keşlə" / "Qaradağ Lökbatan"
4. "Neftçi" - "Sabah" / "Kəpəz"
1/2 final
1 cütünün qalibi - 4 cütünün qalibi
2 cütünün qalibi - 3 cütünün qalibi
 
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də baş tutacaq.
Səbuhi Həsənov