
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2016/17 mövsümünün püşkatma mərasimi keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, 18 komandanın iştirakı ilə baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər. Püşkatma nəticəsində 1/16 final və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.
Məlumat üçün qeyd edək ki, bu mərhələlərin taleyini bir oyun həll edəcək. 1/4 final mərhələsindən etibarən görüşlər ev-səfər prinsipinə uyğun keçiriləcək.
Azərbaycan kuboku
1/16 final
12 oktyabr
1. “Turan Tovuz” - “Bakılı”
2. “Şəmkir” - “Qaradağ Lökbatan”
1/8 final
2-3 dekabr
3. 1-ci cütün qalibi - “Zirə”
4. “Neftçi” -“Şərurspor”
5. “Qarabağ” - “Səbail”
6. MOİK - “Sumqayıt”
7. “İnter” – 2-ci cütün qalibi
8. “Şahdağ” - “Kəpəz”
9. “Qəbələ” - “Zaqatala”
10. AZAL - “Rəvan”
Qaynarinfo.Az