İdman 15:26 19.10.2022

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Mərasimə Peşəkar Futbol Liqasının rəhbərliyi və klub nümayəndələri qatılıb.

Püşkün nəticəsinə əsasən 1/8 finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:

"Səbail" - MOİK
"Şamaxı" - "Turan"
"Sabah" - "Qaradağ Lökbatan"
"Zirə" - "Mingəçevir"

1/4 final
"Qarabağ" - "Qəbələ"/"Araz Naxçıvan"
Neftçi - "Zirə"/"Mingəçevir"

Qeyd edək ki, kubok yarışlarında 7+4 legioner limiti tətbiq olunacaq.