Xəbər lenti

Azərbaycan kubokunun qalibi müəyyənləşdi - YENİLƏNİB
İdman17:53 24.05.2021

Azərbaycan kubokunun qalibi müəyyənləşdi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena”da "Keşlə” və "Sumqayıt” komandaları üz-üzə gələcək. Saat 19:30-da başlanacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017/2018 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan "Keşlə” (1:0; 1:1) finala yüksəlib. Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla yenərək, ilk və yeganə ölkə kubokunu qazanıb.
Növbəti mövsüm finalda, hazırda "Keşlə"yə rəhbərlik edən Sənan Qurbanovun baş məşqçi olduğu "Qəbələ" "Sumqayıt"a eyni hesabla qalib gəlib və "qırmızı-qaralar"ın yeganə titulunun memarı olub. Beləliklə, "Sumqayıt" titula həsrət qalıb.
Bu mövsüm isə "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" avrokuboklara yollanmaqdan ötrü mütləq "Sumqayıt"a qalib gəlməlidir. Əks halda, Konfrans Liqasına son vəsiqəni 4-cü pillənin sahibi "Zirə" əldə edəcək.
Komandalardan yalnız "Keşlə" oyuna itki ilə çıxacaq. Yarımmüdafiəçi Vüsal İsgəndərli sarı vərəqə cəzalısı olduğu üçün final matçını buraxacaq. "Sumqayıt"da isə itki yoxdur. Yeganə narahatlıq doğuran məqam Əli Qurbani ilə bağlı olub. Lakin cənubi azərbaycanlı hücumçu zədəsini sağaldaraq, kollektiv məşqlərə qoşulub və bugünkü görüşdə meydana çıxma ehtimalı böyükdür.
Azərbaycan kuboku
2020/21 mövsümü
Final
24 may
19:30. "Keşlə” – "Sumqayıt” - 2:1
Qol: Şəhriyar Əliyev, 37, 57 - Boyoviç, 3 (ö.q)
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov
Baş məşqçi: Sənan Qurbanov
Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Cəmaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Bank Respublika Arena”.