DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizin Lüksemburqla keçirəcəyi oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Manuel Şüttenqruber olacaq. Ona yan xətt hakimləri Roland Brandner, Robert Ştaynaxer yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Yulian Vaynberger yerinə yetirəcək.
VAR otağında isə Harald Lexner və Sebastyan Gishamer yer alacaq.
Qarşılaşma noybarın 11-də, saat 21:00-da, Bakı Olimpiya Stadionunda stadionunda keçiriləcək.
Səbuhi Həsənov