Xəbər lenti

Azərbaycan manatı ilə bağlı saxta fotolar yayıldı - FOTO
Ekonomiks07:12 15.08.2013

Azərbaycan manatı ilə bağlı saxta fotolar yayıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial şəbəkələrdə yeni manatın dizaynı olduğu iddia edilən saxta fotolar yayımlanıb. Məlumatlarda yeni manatların 2014-cü ildən dövriyyəyə buraxılacağı iddia olunurdu.

Amma rəsmi mənbələr xəbəri təkzib edib.

"Sosial şəbəkələrdə Azərbaycanın yeni manat nominasiyaları ilə bağlı yayılmış fotolar və məlumat realaığı əks etdirmir və saxtadır”. Bu sözləri Modern.az-a açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bu gün yayılmış şəkilləri şərh edərkən bildirib. Mərkəzi Bankın sözçüs bildirib ki, hazırda bu saxta informasiyanı tərtib edən şəxsərin kimliyi araşdırılır: "Yayılmış fotolar barədə məlumatımız var. Bu informasiya yalnışdır. Bunu edənlərin kimliyi araşdırılır”- deyə o, vurğulayıb.

Qaynar.info