Xəbər lenti

Azərbaycan medal qazanır, amma geriləyir - SIRALAMA
İdman10:13 18.08.2016

Azərbaycan medal qazanır, amma geriləyir - SIRALAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio Olimpiadasında 2 gün əvvəllə müqayisədə Azərbaycan aktivinə daha 4 medal (1 gümüş, 3 bürünc) qazandırıb.

Qaynarinfo.Az xəbər verir ki, buna baxmayaraq, 2 gün əvvəl medal sıralamasında 51-ci yerdə olan Azərbaycan 55-ci pilləyə yuvarlanıb. Buna səbəb hələ də qızıl medala həsrət qalmağımızdır. Artıq ilk "10-luq"da da dəyişikliklər var. Dünən qadın güləşində 3 qızıl medal qazanan Yaponiya 2 pillə yüksələrək 6-cı yerə qalxıb. Niderland isə Cənubi Koreyanı "Top-10"dan sıxışdıraraq çıxarıb.

SIRALAMA

1. ABŞ  30 qızıl  32 gümüş  31 bürünc  93 medal

2. Böyük Britaniya  19  19  12  50

3. Çin  19  15  20  54

4. Rusiya  12  14  15  41

5. Almaniya  12  8  9  29

6. Yaponiya  10  5  18  33

7. Fransa  8  11  12  31

8. İtaliya  8  9  6  23

9. Niderland  8  4  3  15

10. Avstraliya  7  8  9  24

55. AZƏRBAYCAN 0  3  4  7

Qeyd edək ki, dünən qadın güləşində 48 kq çəki dərəcəsində Mariya Stadnik gümüş, taekvondoda 49 kq-da Patimat Abakarova bürünc medal qazanıb.

Qaynarinfo.Az