
Yəqin ki, son vaxtlarda internetdə və hətta televiziyadada gündəmdə olan bir mövzu olan NASA-da təcrübə keçməyə haqq qazanan Azərbaycanlıgənc haqqında xəbərdarsınız. Olmayanlar üçün qeyd edək ki, Kənan Əhmədli adında20 yaşlı gənc, "Mələk Beyni” adında elmi bir əsər yazaraq NASA-da təcrübəqazandığını iddia edərək, bütün Azərbaycan mediasının gündəminə oturmuşdu.
Redaksiyamıza bu barədə çox saylı müraciətlər daxilolmuşdu və bunun həqiqət olub-olmadığını, Kənanın NASA-ya necə dəvət olunduğunubilmək istəyən bir çox mesaj almışdıq. Bu mövzunu araşdırmağa artıq bir müddətdirbaşlamışıq. Araşdırmamız barədə qısa bir haşiyə daxilində bəzi detalları sizlərilə bölüşmək üçün bu məqaləni hazırladıq.
İlk olaraq, sosial media şəbəkələrindən bir çoxlarınızınyaxşı tanıyacağı "Turxan Qarışqa”nın bu mövzuya bildirdiyi fikir ilə sizləritanış etmək istəyirik.
Əgər nəzərə alsaq ki, Azərbaycan media qurumlarının birçoxu savadlı kadr əvəzinə "Aman Allah, Şok olacağsınız!” başlıqlarını dahaqabarıq şəkildə yaza biləcək "jurnalist”ləri işə götürür, medianın bu məsələninviral olmasında rolunu dana bilmərik. Bəs həqiqətən də vəziyyət belədirmi?NASA-ya təcrübə proqramına Azərbaycandan daxil olmaq mümkündürmü? Əgər bu gəncbütün Azərbaycanı aldadıbsa bunun nəticələrini fikirləşməyibmi?
Bu sualların cavablarını gəlin birlikdə aydınlaşdıraq.Bir qədər əvvəl də qeyd etdiyimiz kimi Turxan Qarışqanın da postunda yazdığı,NASA-ya təcrübə proqramına qəbul üçün şərtlərə baxaq. Bu proqrama Intern (Təcrübəçi) kimi qəbulolmaq üçün digər şərtləri qırağa qoysaq, mütləq : Avstraliya, Braziliya,İordaniya, Fransa, Litva, ABŞ, Meksika, Portuqaliya, Cənubi Afrika, Cənubi Koreya, İsveçrə, Trinidad-Tobaqo kimi bölgələrdə yaşayan insanlar müraciət etməlidir. Və nəzərə alsaq ki, Kənan Əhmədli adlı şəxsinNASA-nın bu şərtini ödəmir, bu artıq çox böyük bir sual işarəti yaradır.
Digərbir detal isə bu proqrama müraciət etmək və dəvət almaq üçün mütləqUniversiteti minimum bakalavr səviyyəsində və "texniki ixtisas" bitirmək lazımdır. Kənan isə hələ də Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər ixtisasında təhsil alan tələbədir.


Görülən odur ki, iki əsas şərti ödəməyənKənan-ın NASA-ya təcrübə proqramına (bunu biz iddia etmirik, əvvəldən Kənan Əhmədli-ninmediada və şəxsi hesablarında verdiyi açıqlamarda belədir) qəbul olmaq şansıyoxdur.
İkinci bir məsələ isə belə böyük müzakirəyə səbəb olan gəncinheç bir paylaşımında "Sənəd” xarakterli bir məlumat yoxdur və həqiqətən də beləuğura imza atmış bir gəncin olduğuna inanmaq üçün bəzi yazışmalar və s. kifayətedə bilərdi. Lakin bu və ya digər hallar istisna olmaqla, Kənan Əhmədlinin "uğur”unasevinən minlərlə hətta yüz minlərlə Azərbaycanlı var və əgər bu "uğur” həqiqətəndədırnaq arasında qalacaqsa o insanların istismar edilmiş hisslərini kiminkompensasiya edəcəyi maraqlıdır.
Redaksiyamıza daxil olan mesajlardan birində Azərbaycanın öndə gedən proqramçılarından (Ekspert olaraq adlandıra biləcəyimiz biridir) biri qeyd edir ki, Kənan haqqında hazırlanan bu xəbərə və videoya qısaca baxış yetirdikdə, görərik ki, bu gəncin danışdığı sahələr (İKT, Riyaziyyat və s.) üzrə demək olar ki heç məlumatı yoxdur. Videoya diqqətlə baxsaq orda NASA-da robot hazırlama barədə olan video belə "Visitnasa.com" yəni NASA-ya turist olaraq səyahət etmək üçün hazırlanmış bir xidmətə aiddir. Hackertyper-dən istifadə edərək insanlarda kod yazırmış kimi bir təəssürat yaradan gəncin nə qədər IT biliyi olduğu çox maraqlıdır. Kənanın paylaşımlarında qeyd etdiyi, Meta-proqramlaşdırma, kibertəhlükəsizlik isə uşaq ədəbiyyatıdır. NASA-nın rəsmi saytına (intern.nasa.gov) baxdıqda görə bilərik ki, NASA-da heç bir 1 aylıq təcrübə (Kənan bunu qazandığını iddia edir) proqramından söz gedə bilməz və mövcud olan təcrübə proqramı isə 3 aylıqdır və minimum 1 il əvvəlcədən müraciət etmək lazımdır.
Əlavə olaraq redaksiyamıza göndərdiyi mesajda ekspert qeyd edir ki, Kənanın və Müəllimi olaraq hər yerdə qeyd etdiyi Elvin adında şəxsin təşəbbüsü ilə yaradılan Septini Akademiyasının Facebook səhifəsinə baxdıqda yeniyetmələrdən ibarət bir qrup gəncin hətta cinayət xarakterli paylaşımlarını (polislərin hesablarını qırmaq, şantaj etmək, başqalarının profilini ələ keçirməyi öyrətmək və s.) görmək mümkündür. Bu cinayətkarlıqdır və bunun bir cəzası olmalıdır.


Əlavə olaraq gənclər bir paylaşımlarda Facebook səhifələrini ödənişsiz (bu pulun kiminsə oğurluq üsulu ilə çıxacağını haradasa etiraf ediblər) reklam edə biləcəklərini bildiriblər.

Kənardan baxanda internetdə böyük çaxnaşma yaradan buhadisənin altından viral qoxusu gəlir. Əgər düşündüyümüz kimidirsə Medianınsavadsızlığından və İnsanların inamından istifadə edən bir qrup gənc öz "SeptiniAkademiya”, "Ziyan Market", "Kiber Market”lərini (Biraz dərinə gedilərsə nə üçün ziyana işlədiklərini anlamaq çox da çətin olmaz-DarkWeb-) və Kənan Əhmədli tərəfindənyazılan "30 Kitab və ya sonradan özünün də qeyd etdiyi kimi kitab yox, "30 Əsər”indən olan Septini-nin daha çox müştəri əldə etməküçün hazırlanmış bir viraldan söhbət gedir.
Yuxarıdakı şəkildə bu dediyimizin əyani sübutu var ki, Kənan yaranan bu məşhurluqdan istifadə edərək kursuna insanları cəlb etməyə çalışır. Çox təəssüf ki, bu reallıqdır.
Lakin qeyd edək ki, əgər bu belədirsəbu viral yox Fırıldaqçılıqdır və bu gənclər, bu işə qarışmış digər şəxslər iləbirlikdə Qanun qarşısında cavab verməlidirlər. Qazandıqları və ya qazandıqlarını iddia etdikləri pulun dövlət büdcəsinə vergisi ödənilibsə bu barədə də sənədlərin meydana çıxması pis olmazdı amma yuxarıda qeyd etdiyimiz bu qədər məqamdan sonra bu da çox inandırıcı gəlmir. Hər halda bundan sonra Qanun danışmalıdır.


İnternetdə çox böyük viral təsiri yaradan NASA-ya gedən gənc,özü haqqındakı təkzib xarakterli paylaşımlara gülərək yanaşdığını və savadlıbir insan olaraq hətta NASA-nın belə "Mələk Beyni" adındakı əsəri iləmaraqlanmasına şərait yaratdığını qeyd edir. Bu məsələni araşdırmağa dəyər birməsələ olaraq görürük və artıq bir neçə gündür bunun üzərində çalışırıq. Bu məqalədəsadəcə bəzi məqamlara toxuna bildik.
Əlbəttə biz də Technote.az olaraq istəyərdik ki, beləsavadlı bir gənc Azərbaycandan çıxsın və dünyanın aparıcı qurumları onundalınca qaçsınlar amma görünən odur ki bunu hələ də ümid edərək qalacağıq.
Hər halda gənclər, nə qədər savadlı, təcrübəli və ya güclüolursunuzsa olun, heç vaxt xalqı, millətivə sizə inanan insanları aldatmağa cəhd etməyin. Bu sözümüz Kənana və onundostlarına aid deyil. Ümid edirik ki, bir Azərbaycan gənci olaraq o həqiqətən dəbizim yazdıqlarımızı "SƏNƏDLƏR” ilə təkzib edə biləcək.
Yazı technote.az saytından götürülüb