Xəbər lenti

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı
Ekonomiks11:34 26.07.2019

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqqında qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında qurumun sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar iyulun 29-dan qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə sentyabrın 13-də baxacaq.