Xəbər lenti

Azərbaycan milli komandasının futbolçusu "Aue"yə ilk xalı qazandırdı (VİDEO)
İdman19:10 18.08.2017

Azərbaycan milli komandasının futbolçusu "Aue"yə ilk xalı qazandırdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"yə yeni mövsümdə ilk xalı qazandırıb.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu III turun "Braunşveyq"lə səfər görüşündə fərqlənib.

O, 24-cü dəqiqədə hesabı açıb. Lakin "Aue" 2 dəqiqə sonra qapısından top buraxıb. Nəticədə Nazarovun komandası 1 xalla kifayətlənməli olub.

Bununla da "Aue" 1 xalla 14-cü pilləyə yüksəlib. 5 xala malik "Braunşveyq" isə 5-ci pillədədir.

Qaynarinfo.Az