Xəbər lenti

Deputat Astan Şahverdiyevin ölüm səbəbi məlum oldu (YENİLƏNİB)
Ölkə08:17 15.04.2018

Deputat Astan Şahverdiyevin ölüm səbəbi məlum oldu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millət vəkili Astan Şahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. 
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, deputat Qusarın Çiləgir kəndində yerləşən "Chateau” otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardıma müraciət edilsə də, artıq gec olub.
Onun meyiti Bakıya gətirilərək "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
 
***11.04
Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda dünyasını dəyişib.
Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə anadan olub.