Xəbər lenti

Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi
İdman17:35 05.06.2024

Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Qaynarinfo xəbər verir ki, Bolqarıstanla qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Komandamızın heyətində yeddinci dəqiqədə Ramiz Çovdarov, 31-də Təmkin Xəlilzadə, 45-ci dəqiqədə isə Rəvan Kərimov fərqlənib. Rəqibin görüşdəki yeganə qolu isə 21-ci dəqiqədə Yavor Gençevdən gəlib.

Qeyd edək ki, Elşad Quliyevin komandasının 1/4 finaldakı rəqibi Qazaxıstan yığması olacaq.