Xəbər lenti

Azərbaycan millisi bu tarixdə mübarizəyə başlayır (TƏQVİM)
İdman06:08 27.06.2020

Azərbaycan millisi bu tarixdə mübarizəyə başlayır (TƏQVİM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Millətlər Liqasının 2020/21 mövsümü üçün təqvimi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə birgə qərarlaşıb. Millimiz ilk qarşılaşmasını doğma meydanda Lüksemburqa qarşı keçirəcək.
Daha sonra Cənubi Kiprə səfərə yollanacağıq. Oyunların tam təqvimi belədir:
I tur
5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq
20:00. Kipr - Monteneqro
II tur
8 sentyabr
22:45. Kipr - Azərbaycan
22:45. Lüksemburq - Monteneqro
III tur
10 oktyabr
17:00. Monteneqro - Azərbaycan
17:00. Lüksemburq - Kipr
IV tur 
13 oktyabr
20:00. Azərbaycan - Kipr 
22:45. Monteneqro - Lüksemburq
V tur
14 noyabr
21:00. Azərbaycan - Monteneqro
21:00. Kipr - Lüksemburq
VI tur
17 noyabr
23:45. Lüksemburq - Azərbaycan
23:45. Monteneqro - Kipr
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.