Xəbər lenti

Azərbaycan millisi dünya çempionatında yeni tarix yazdı
İdman05:16 19.09.2016

Azərbaycan millisi dünya çempionatında yeni tarix yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında debütant Azərbaycan millisi daha bir tarixi uğura imza atıb.

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan yığması F qrupunda keçirdiyi son görüşündə 11 qat Asiya çempionları İranla qarşılaşıb. 

Bu görüşdə yığmamıza qrup 2-cisi kimi 1/8 finala çıxmaq üçün heç-heçə də kifayət edirdi. Elə belə də olub. Dünya çempionatına ilk dəfə qatılan Azərbaycan İranla 3:3 oynayaraq növbəti mərhələyə qrup 2-cisi kimi vəsiqə qazanıb. Yığmamızdan qolları braziliyalı legionerlərimiz - Tiaqo Bolinya (1-ci dəqiqə, 28-ci saniyə), Qallo (21,37; 31,36), İrandan isə Əhməd İsmayılpur (1,00), Fərhad Təvəküli (20,31) və Hüseyn Tayebi (35,35) vurub.

Bununla da qrupda 4 xal toplayan yığmamız 1/8 finalda son Asiya çempionatının bürünc mükafatçısı Tailandla qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə sentyabrın 22-dən 23-nə keçən gecə saat 02:30-da baş tutacaq. Bu mərhələni keçəcəyi halda yığmamız 1/4 finalda Portuqaliya - Kosta-Rika cütünün qalibi ilə qarşılaşacaq.

Ümumiyyətlə, 1/8 finalda digər cütlüklər bunlardır: Rusiya - Vyetnam, Kolumbiya - Paraqvay, Braziliya - İran, İspaniya - Qazaxıstan, Argentina - Ukrayna, İtaliya - Misir.

Qaynarinfo.Az