Xəbər lenti

Azərbaycan millisi
İdman 12:24 30.03.2026

Azərbaycan millisi "FIFA Series-2026" turnirinin qalibi oldu

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

Qaynarinfo-nun məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

FIFA Series-2026
30 mart

Azərbaycan - Syerra Leone 1:1 (penalti - 9:8)
Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 8. Emin Mahmudov (k), 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

--> -->