Xəbər lenti

Azərbaycan millisi reytinq siyahısında gerilədi
İdman11:02 03.02.2014

Azərbaycan millisi reytinq siyahısında gerilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Belçikada keçirilən Avropa çempionatının final mərhələsində çıxışını başa vuran Azərbaycan yığması yeni cədvəldə 11-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 1391 xal var.

Joze Alesionun yetirmələri qrupda qalmaqla 1 pillə geriləyib. Sloveniyanı 7:6 üstələyən və İtaliyaya 0:7 hesablı məğlub olan millimiz 1 həftə əvvəl tutduğu 10-cu yeri əldən verib. Komandamızı ilk “onluq”dan Yaponiya kənarlaşdırıb. Asiyalılar 10-cu yerə sahib çıxıb.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində Braziliya (1946), İspaniya (1944), Rusiya (1721) yığmaları qərarlaşıb.

Qaynar.info