Xəbər lenti

Azərbaycan millisi Rusiyaya 12 qol vurdu - Futbolda
İdman10:15 11.08.2016

Azərbaycan millisi Rusiyaya 12 qol vurdu - Futbolda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirinin qrup mərhələsində son oyununu keçirib.

Qaynarinfo.Az xəbər verir ki, Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 12:1. Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurub. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqlənib.

İlk oyunda İran yığmasına 0:3 hesabı ilə məğlub olan, ikinci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən yığmamız qrupda III yeri tutub.

Qaynarinfo.Az