Xəbər lenti

Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı
İdman17:17 08.03.2022

Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda ilk oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, rəqib Albaniya seçməsi olub. Sözügedən ölkənin Elbasan şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Rəqibin heyətində yeganə qolu 37-ci dəqiqədə Klaudio Borçi vurub.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 11-də Şimali Makedoniyaya qarşı keçirəcək.