Xəbər lenti

Azərbaycan millisi sonuncu oyununda məğlub oldu
İdman19:33 14.06.2022

Azərbaycan millisi sonuncu oyununda məğlub oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Drammen şəhərindəki "Marienlyst” stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasının yeganə qolunu 66-cı dəqiqədə İldar Alekperov vurub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran Norveç yığması 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Azərbaycan millisi isə seçmə mərhələni 7 xalla 5-ci sırada bitirib.