Xəbər lenti

Azərbaycan millisi terrordan son anda canını qurtarıb
İdman10:46 29.06.2016

Azərbaycan millisi terrordan son anda canını qurtarıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi də İstanbulda baş verən terror zamanı zərər görə bilərmiş.

Qaynarinfo.az xəbər verir ki, lakin komanda İstanbulda baş verən terrordan bir neçə saat öncə Atatürk adına Hava Limanını tərk edib.

Bu barədə millimizin baş məşqçisi Onat Kurt deyib: “Biz oteldə yerləşmişik. Hazırda hansısa çətinliyimiz yoxdur. Hava limanından bir neçə saat öncə çıxmışdıq. Partlayışdan uzaqdaydıq və heç bir problemimiz yoxdur”.

Qeyd edək ki, dünən Bakıdan Türkiyəyə yollanan komandamız İstanbuldan Slovakiyaya getməli idi. Lakin orda terror millimizin səfərini qeyri-müəyyən vaxta kimi təxirə salıb. Yığmamızın Slovakiya ilə ilk oyunu isə sabah keçirilməlidir.

Qaynarinfo.az