Xəbər lenti

Azərbaycan millisi Türkiyəni məğlub etdi - Futbolda
İdman13:00 09.09.2016

Azərbaycan millisi Türkiyəni məğlub etdi - Futbolda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin II raundunda Azərbaycan milli komandası 3-cü oyununu keçirib.

Qaynarinfo.Az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.

Qeyd edək ki, yığmamız bundan əvvəl İspaniyanı 4:1 hesabı ilə məğlub etmiş, İsveçrəyə isə 6:7 yenilmişdi.

Qaynarinfo.Az