Xəbər lenti

Azərbaycan millisi UEFA-da A divizionuna yüksəldi
İdman18:41 28.08.2016

Azərbaycan millisi UEFA-da A divizionuna yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib.

Qaynarinfo.Az AFFA-ya istinadən xəbər verir ki, Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub.

Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.

Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub edib.

Qaynarinfo.Az