Xəbər lenti

Azərbaycan millisinə daha bir futbolçu çağırıldı
İdman07:05 23.05.2021

Azərbaycan millisinə daha bir futbolçu çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadədi.
Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev ("Sabah”), Cəlal Hüseynov ("Zirə”) və Vidadi Cəfərov ("Turan Tovuz”) A milli komandanın 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək məşqlərində iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.