
"Hürriyət" qəzetinə açıqlama verən Yılmaz Vural Azərbaycana dəvətedildiyini təsdiq edib, amma hər hansı təklifdə xəbərdar olmadığınısöyləyib.
Heydər Əliyevin ölümümün 20-ci ildönümü və oktyabrdakeçiriləcək prezident seçkiləri çərçivəsində keçiriləcək tədbirlərədəvət olunduğunu deyən Vural eyni zamanda azərbaycanlı millətvəkillərindən birinin dəvəti ilə bir açılış mərasiminə qatılacağınıbildirib: "Hansı məqsədlə çağırıldığımı bilmirəm. belə bir təklif üçünhazırlıq aparıldığından da xəbərdar deyiləm".
**
AFFA türk mütəxəssis Yılmaz Vurala təklif göndərib.
Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA müqaviləsi başa çatan Berti Foqtsla yolları ayırır. Milli komandada boşalacaq baş məşqçi postu üçün isə Yılmaz Vurala təklif göndərilib.
Həmkarlarımızın iddiasına görə, türk mütəxəssis sentyabrın 22-də Bakıya gələcək və prezident İlham Əliyevlə görüşəcək. Türkiyədə 23 klub çalışdırmış Yılmaz Vuralın Azərbaycandan gələn təklifə müsbət yanaşdığı və qəbul edəcəyi deyilir. Onun hətta gələn həftənin bazar ertəsi işə başlayacağı da iddia olunur.