Xəbər lenti

Azərbaycan millisinə Slovakiyadan legioner gətirilir - FOTOLAR
İdman10:42 08.11.2016

Azərbaycan millisinə Slovakiyadan legioner gətirilir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın karete millisinə daha bir əcnəbi idmançı qoşulur.

Qaynarinfo.Az-ın əldə etdiyi özəl məlumata görə, söhbət Slovakiyadan olan Dorota Baltsiarovadan gedir. Hazırda ona Azərbaycan pasportu verilməsi üzərində iş gedir. Baltsiarova karatenin kata növündə çıxış edəcək. Onun 26-27 noyabrda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək böyüklər arasında Azərbaycan çempionatına çatdırılması gözlənilir. Baltsiarovanın ilk beynəlxalq yarışı isə yanvarda Parisdə keçiriləcək Karate 1 Premyer Liqa turniri olacaq.

Slovak idmançı sentyabrda Braziliyanın Fortaleza şəhərində keçirilmiş Karate 1 Premyer Liqa turnirində çempion olub. O, ötən ay Avstriyanın Lints şəhərində baş tutmuş böyüklər arasında dünya çempionatında isə VII yeri tutub. Baltsiarova Azərbaycanda keçirilmiş 21 yaşadək yeniyetmə-kadet üzrə karate çempionatında da iştirak edib. O, 4 il əvvəl Bakıda bürünc medal qazanıb. Ancaq o bunadək bu turnirdə 3 dəfə çempion olub.

Yeri gəlmişkən, Dorota Baltsiarova Slovakiyanın cənubundakı Rimavska Sobota şəhərində doğulsa da, Çexiyanın Brno şəhərində yaşayır. Onun bəzi fotolarını təqdim edirik:

Картинки

Картинки

Картинки

Картинки

Картинки

Картинки

Картинки

Qeyd edək ki, Azərbaycanın karate millisində bugünədək cəmi 1 legioner vardı. O da ötən il Bakıda keçirilmiş ilk Avropa Oyunlarının 68 kq çəki dərəcəsində qızıl medal qazanmış ukraynalı İrina Zaretskayadır.

Qaynarinfo.Az