Xəbər lenti

Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu
İdman12:01 21.04.2016

Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.

Qaynarinfo.az xəbər verir ki, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində I divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Azərbaycan Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan U-15 yığmasına baş məqşçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

Qeyd edək ki, Mirbağır İsayev sonuncu dəfə U-17 yığmamızı çalışdırıb. O, ötən il Bakıda keçirilən elit mərhələ oyunları zamanı komandasının 3 oyunda da uduzmasından sonra istefa verdiyini bildirmişdi.

Qaynarinfo.az