Xəbər lenti

Azərbaycan millisinin Almaniya ilə keçirəcəyi oyunun stadionu dəyişdirildi
İdman10:30 14.11.2016

Azərbaycan millisinin Almaniya ilə keçirəcəyi oyunun stadionu dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qaynarinfo.Az xəbər verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb və bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Qeyd edək ki, dünya çempionu Almaniya maksimum - 12 xalla qrup lideridir. Azərbaycan isə 7 xalla III pillədə qərarlaşıb. II pillədəki Şimali İrlandiyanın da 7 xalı var.

Qaynarinfo.Az