Xəbər lenti

Azərbaycan millisinin Avstriyada daha bir oyununun tarixi müəyyənləşdi
İdman04:42 29.03.2016

Azərbaycan millisinin Avstriyada daha bir oyununun tarixi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan milli komandasının Makedoniya ilə oyununun keçirilmə günü müəyyənləşib.

Qaynar.info xəbər verir ki, Avstriya təlim-məşq toplanışı zamanı keçiriləcək bu yoxlama oyunu mayın 26-da baş tutacaq.

Qeyd edək ki, Makedoniya Avstriyada mayın 29-da BƏƏ ilə qarşılaşacaq. Millimiz isə iyunun 3-də Kanada ilə qüvvəsini sınayacaq. Yığmamız Avstriyada daha bir rəqiblə oynayacaq. Bu rəqibin BƏƏ, Slovakiya və ya Gürcüstan millisindən biri olacağı istisna edilmir. Çünki bu komandalar da həmin müddətdə Avstriyada olacaq.

Qaynar.info