Xəbər lenti

Azərbaycan millisinin Bakıda məyus etdiyi məşqçi qovuldu
İdman12:19 16.11.2016

Azərbaycan millisinin Bakıda məyus etdiyi məşqçi qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Norveç yığması baş məşqçisiz qalıb. 

Qaynarinfo.Az saytının məlumatına görə, skandinaviyalıların çalışdırıcısı Per-Matias Höqmo postunu tərk edib.

Bu barədə məlumatı Norveç Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə bəyan edib.

Xəbərdə bildirilir ki, Höqmonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, sözləşməsinin sonuna qədər nəzərdə tutulan məvacibi tam ala biləcək.

Qeyd edək ki, Azərbaycan millisi ilə Bakıda keçirdiyi görüşdə meydanı 0:1 məğlub tərk edən Norveç cari seçmə mərhələdə 4 oyundan sonra cəmi 3 xal toplayıb və qrupda V pillədə qərarlaşıb.

Qaynarinfo.Az