Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Qaynar.info federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Elxan Əliyev kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi vəzifəsindən azad edilib.
Bu qərar yekdilliklə qəbul olunub. Əvəzində həmin vəzifəyə Samit Nuruzadə təyin edilib.
Qaynar.info