Xəbər lenti

Azərbaycan millisinin baş məşqçisi məşhur futbolçunu "donuz" adlandırdı
İdman10:40 12.08.2016

Azərbaycan millisinin baş məşqçisi məşhur futbolçunu "donuz" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın "Yuventus" klubunun yeni transferi olan argentinalı hücumçu Qonsalo İquainin debüt matçı çoxlarını təəccübləndirib. Onun fiziki formasından uzaq olması, artıq çəki ilə oynaması təəccüblərə səbəb olub.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də fikirlərini bildirib: 

"Mən onu görəndə şoka düşdüm. Onlar İquainə 94 milyon avro ödəyiblər, ancaq onun yerinə "Yuventus"a donuz gətiriblər. O məndən daha kök görünür. Hətta mən İquainin müqavilə bağlaması üçün israr edən Alleqrinin ("Yuventus"un prezidenti - red.) onu ilk görərkən üzünün cizgisinin necə olduğunu təsəvvür edə bilmirəm. Bununla belə, əminəm ki, tezliklə "Yuventus"un məşqçi heyəti İquaini tam qaydasına salacaq".

Просинечки:

Qaynarinfo.Az