Xəbər lenti

Azərbaycan millisinin baş məşqçisi Şevçenko və Terimlə bir yığmada - FOTO
İdman13:29 06.10.2016

Azərbaycan millisinin baş məşqçisi Şevçenko və Terimlə bir yığmada - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA-nın saytı DÇ-2018-in seçmə mərhələsində baş məşqçi kimi fəaliyyət göstərən keçmişin futbolçularından ibarət simvolik yığma tərtib edib.

Qaynarinfo.Az xəbər verir ki, siyahıda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin də adı var. O vaxtilə Xorvatiya milli komandasının heyətində dünya çempionatının bürünc mükafatçısı olub.

Rəmzi "11-lik" belədir:

Qapıçılar: Xulen Lopeteqi (İspaniya);

Müdafiəçilər: Danni Blind (Hollandiya), Qaret Sautqeyt (İngiltərə), Fatih Terim (Türkiyə), Lars Olsen (Danimarka);

Yarımmüdafiəçilər: Qordon Straçan (Şotlandiya), Didye Deşam (Fransa), Robert Prosineçki (Yuqoslaviya/Xorvatiya), Martin Onill (Şimali İrlandiya);

Hücumçular: Andrey Şevçenko (Ukrayna), Marian Pahar (Latviya).

Qeyd edək ki, bu məşqçilərdən 3 nəfər öz ölkəsinin yox, başqa ölkələrin yığmalarında çalışır. Belə ki, Lars Olsen Farer Adalarının, Robert Prosineçki Azərbaycanın, Martin Onill isə İrlandiya millisinin baş məşqçisidir.

Qaynarinfo.Az