Xəbər lenti

Azərbaycan millisinin futbolçusu Almaniya klubunun tarixinə düşdü
İdman09:45 18.07.2016

Azərbaycan millisinin futbolçusu Almaniya klubunun tarixinə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin futbolçusu Dmitri Nəzərov Almaniyanın "Ertsqebirqe" klubunda növbəti yoxlama oyununu keçirib.

Qaynarinfo.az xəbər verir ki, rəqib "Rayxenbax 96" klubu olub. Görüş 2-ci Bundesliqa təmsilçisinin 31:0 hesablı qələbəsi ilə nəticələnib. 

İlk hissəsi 12:0 hesabı ilə başa çatan görüşdə yığmamızın futbolçusu hamıdan çox - 7 qol vurub. O, fasilədən sonra meydana çıxıb. Bu nəticə isə "Ertsqebirqe"nin klub tarixində ən böyük hesablı darmadağını kimi tarixə düşüb.

Qeyd edək ki, "Ertsqebirqe" bundan öncəki yoxlama matçlarında 21:0 (Dmitri Nəzərov 3 qol vurub), 15:0, 9:0 (Nəzərov 2 qol vurub) hesablı qələbələr də qazanıb.

Qaynarinfo.az