Xəbər lenti

Azərbaycan millisinin futbolçusu əsas heyətdən kənarlaşdırıldı
İdman17:13 06.09.2025

Azərbaycan millisinin futbolçusu əsas heyətdən kənarlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Polessye"də (Ukrayna) çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.
Qaynarinfo Sportinfo.az-a istinadən xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb.
Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib.
Emil Mustafayev bu mövsüm "Polessye"nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb.
"Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.