Xəbər lenti

Azərbaycan millisinin futbolçusu İngiltərə klubunda
İdman09:36 01.08.2016

Azərbaycan millisinin futbolçusu İngiltərə klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. 

Qaynarinfo.Az İspaniyanın məşhur "Marka" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Londonun “Fulhem” klubunda baxışdan uğurla keçib.

Bir neçə gün öncə Çempionşip təmsilçisinin düşərgəsinə qoşulan İsrafilov komandada qalmaq üçün baxış müddətində özünü yaxşı tərəfdən göstərməli idi. Eddi bunu bacardığından, onunla rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, İsrafilov qarşıdakı 4 ili “Fulhem”in heyətində keçirəcək. 

Bu keçidin alınmasında "Fulhem"in serb baş məşqçisi Slavişa Yokanoviçin də əməyi olub. Çünki o, 2 il əvvəl İspaniyanın "Erkules" klubunu çalışdıranda, Eddini tanıyırdı.

Bu transferə görə ingilislər 200 min avrodan keçməli olublar. Lakin müqavilədəki bəndə əsasən, “Fulhem” növbəti mövsüm Premyer Liqaya vəsiqə qazana bilsə, həmin məbləğ bir qədər də artırılacaq.

İspaniyanən “Real Mursiya” klubunun yetirməsi olan Eddi buna qədər müxtəlif klublarda – “Qranada”, “Eybar” və “Kordoba”da icarə əsasında çıxış edib. Son olaraq, “Kordoba”da oynamış xavbek Sequndada 14 matçda iştirak etsə də, qol hesabını aça bilməyib.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan yığmasında 5 oyun keçirib.

Qaynarinfo.Az