Xəbər lenti

Azərbaycan millisinin futbolçusu İspaniya klubuna 400 minlik xeyir verib
İdman14:50 27.07.2016

Azərbaycan millisinin futbolçusu İspaniya klubuna 400 minlik xeyir verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilovun İspaniyanın “Real Mursiya” klubuna bu vaxta qədər qazandırdığı pulların məbləği açıqlanıb. 

Qaynarinfo.Az xəbər verir ki, indiyə kimi müxtəlif komandalara icarəyə verilmiş 24 yaşlı yarımmüdafiəçinin hesabına “Real Mursiya” 400 min avro əldə edib.

Belə ki, icarə müddətinə görə “Qranada” qarşı tərəfə 200 min, “Eybar” və “Kordoba” isə hərəyə 100 min avro Mursiya klubunun hesabına pul köçürüblər.

Son olaraq “Kordoba”da çıxış etmiş İsrafilovun yeni mövsümə hansı komandada başlayacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, ötən ildən Azərbaycan yığmasına çağırılan Eddi İsrafilov millimizin heyətində cəmi 5 oyun keçirib.

Qaynarinfo.Az