Xəbər lenti

Azərbaycan millisinin futbolçusu rəsmən Türkiyə klubunda (FOTO)
İdman07:20 26.06.2021

Azərbaycan millisinin futbolçusu rəsmən Türkiyə klubunda (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Keçiörengücü" klubu azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin keçidini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ankara təmsilçisinin rəsmi tvitter hesabı məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.