Futbol üzrə Ukrayna Premyer Liqasında VI turun görüşləri keçirilir.
Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolçular - Rüstəm Əhmədzadə ilə Eldar Quliyevinşərəfini qoruduğu "Minay" öz meydanında Donetsk "Şaxtyor"unu qəbul edib. Görüş 1-1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin yeganə qolunu Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə vurub. 20 yaşlı mərkəz hücumçusu matçın 76-cı dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Minay” hazrda turnir cədvəlində 16 kollektiv arasında 11-cidir.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=2034" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">