Xəbər lenti

Azərbaycan millisinin futbolçusu Superliqa klubu ilə anlaşdı
İdman12:03 27.05.2016

Azərbaycan millisinin futbolçusu Superliqa klubu ilə anlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin futbolçusu Üfüq Budaq Türkiyə Superliqasında oynayacaq.

Qaynarinfo.az xəbər verir ki, Almaniya doğumlu futbolçumuz vaxtı ilə millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin "Kayserispor" klubu ilə anlaşıb.

Mövsümü XV pillədə tamamlamış Kayseri təmsilçisi "Qaziantep Böyükşəhər Bələdiyyəspor"dan Budaqdan başqa, Erkam Reşmenlə də anlaşıb. Hər 2 futbolçu baş məşqçi Hakan Kutluya hələ "Qaziantep BB"də çalışdığı 2014/15 mövsümündən tanışdır.

Xatırladaq ki, sol cinah müdafiəçisi olan Üfüq Budaq hazırda Avstriyada yığmamızın düşərgəsindədir. O, dünən Andorra ilə qolsuz bərabərə qaldığımız görüşdə 90 dəqiqə meydanda olub. Onun Avstriya toplanışından qayıtdıqdan sonra "Kayserispor"la müqavilə bağlayacağı gözlənilir.

Qaynarinfo.az