Xəbər lenti

Azərbaycan millisinin kapitanı:
İdman 23:23 27.05.2025

Azərbaycan millisinin kapitanı: "Mundialdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq"

Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.

"Report"un məlumatına görə, futbolçu bunu Rumıniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Şükürlər olsun ki, çətin rəqib üzərində qələbə qazandıq. Düşünürəm ki, mundialdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq. Yarışın ən çətin digər komandası isə Serbiyadır. Növbəti mərhələdəki rəqibimiz İngiltərə olacaq. İnanırıq ki, onlara da qalib gələrək yarımfinala adlayacağıq. İngiltərə minifutbolda yenidir. Düşünürəm ki, rəqibdən daha güclüyük".

Qeyd edək ki, Azərbaycan yığması Rumıniya ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə (2:1) qazanaraq növbəti mərhələyə adlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->