
Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunu buraxacaq.
Qaynarinfo.Az xəbər verir ki, futbolçu dünən "Dalğa Arena"da məşq zamanı zədəsini yeniləyib.
34 yaşlı mərkəz müdafiəçisi zədəli olsa da, komanda ilə birgə bu gün Şimali İrlandiyaya gedib.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-i keçiriləcək.
Qaynarinfo.Az