Xəbər lenti

Azərbaycan millisinin məşqçisi: "Çətin qrupa düşdük"
İdman19:37 08.02.2024

Azərbaycan millisinin məşqçisi: "Çətin qrupa düşdük"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Düşünürəm ki, çətin qrupa düşdük".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma barədə danışarkən deyib.
Mütəxəssis səbətlərin ən güclü komandaları ilə qarşılaşacaqlarını söyləyib: "Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".
Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.