Xəbər lenti

Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq
İdman08:33 20.03.2018

Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (video assistant referee) sistemi tətbiq olunacaq. 
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. 
Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Mardan" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.