Xəbər lenti

Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi
İdman09:42 27.10.2020

Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, noyabrın 10-da deyil, 11-də keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də UEFA Millətlər Liqasının V turunda Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda Monteneqronu qəbul edəcək. Komanda ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.