Xəbər lenti

​Azərbaycan millisinin qapıçısı ölümdən döndü
İdman18:27 08.05.2016

​Azərbaycan millisinin qapıçısı ölümdən döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Məmməd Hüseynov zədələnib. Onun beyni silkələnib.
Qaynarinfo.az-ın stadionda olan əməkdaşının xəbərinə görə, hadisə bu gün Avropa çempionatının qrup mərhələsinin Belçika ilə oyununda baş verib.
Matçın 59-cu dəqiqəsində rəqibin hücumu zamanı Hüseynov Belçika yığmasında forma geyinən Jule Vanhake ilə toqquşub. Nəticədə azərbaycanlı qolkiper yerdə qalıb. Komanda həkimlərinin və təcilli yardım əməkdaşlarının köməkliyi nəticəsində Hüseynov özünə gəlib. Qapıçı təcili xəstəxanaya aparılıb.
M.Hüseynovu Kamran İbrahimov əvəzləyib.
Qaynarinfo.az