Xəbər lenti

Azərbaycan millisinin rəqibinin kapitanı zədələndi
İdman18:10 27.12.2018

Azərbaycan millisinin rəqibinin kapitanı zədələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Slovakiya milli komandasının və İtaliyanın "Napoli" klubunun kapitanı Marek Hamşik sıradan çıxıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi A Seriyasının XVIII turunda səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada xəsarət alıb. Təcrübəli oyunçunun əzələsi zədələnib. Onun müalicəsinə başlanılıb və yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.
Qeyd edək ki, Slovakiya yığması Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Yığma bu komanda ilə 2019-cu il iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək.