Xəbər lenti

Azərbaycan millisinin sabiq futbolçusu qəfildən vəfat etdi
İdman07:30 02.02.2020

Azərbaycan millisinin sabiq futbolçusu qəfildən vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin sabiq futbolçusu Lev Mayorov fevralın 1-də 51 yaşında qəfildən dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Çernomorets" (Novorossiysk) klubunun saytı məlumat yayıb. 
Mayorov 13 il (1992-2005) "Çernomors” klubunun şərəfini qoruyub, 2012-2020-ci illərdə isə məşqçilər korpusunda yer alıb. Veteran futbolçu ötən əsrin 90-cı illərində klubun rəmzinə çevrilib.
1969-cu ilin oktyabrın 13-də Bakıda doğulan Lev Mayorov "Neftçi”nin yetirməsi olub. O, bir müddət "Bakılı" və "Kəpəz"də oynayıb. 1990-cı illərdə millimizdə 2 matç keçirib.
"Çernomorets" yaydığı başsağlığında qeyd edilib ki, Mayorov ölümündən əvvəl Bakıya səfər etmək istədiyini deyirmiş.