Xəbər lenti

Azərbaycan millisinin sabiq futbolçusu vəfat etdi (FOTO)
İdman09:02 01.10.2021

Azərbaycan millisinin sabiq futbolçusu vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş vəfat edib.
Bakı futbol məktəbinin yetirməsi 51 yaşında ölüb.
O, 1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionu olmuş Lemiş karyerası ərzində "Neftçi” (1988-1989), "Kuban” (1990-1991, 1992, 1994), "Las Palmas” (1992-1993), MOİK (1994), "Monolit” (1995), "İzumrud” (1995), "Drujba” (1996), Stavropol "Dinamo”su (1997), "Baltika” (1997), Belarus "Slaviya”sında (1998) çıxış edib.
Qeyd edək ki, 1992-ci ildə Rusiya yığmasında bir matça çıxmış Vladislav Lemiş 1994-cü ildə Azərbaycan millisində də bir oyun keçirib./Oxu.Az