
Vüqar Əsgərov Latviya çempionatının I dəstəsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilib.
Qaynarinfo.Az xəbər verir ki, o bununla bağlı keçrilən sorğunun qalibi olub.
Sorğu komanda.lv saytı tərəfindən klub rəsmiləri, mətbuat nümayəndələri və Latviya Futbol Federasiyasının əməkdaşları arasında keçirilib. Yekun nəticədə Vüqar ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Bundan başqa, "Qəbələ", "Qarabağ" və "Rəvan" klublarında çıxış etmiş argentinalı yarımmüdafiəçi Kristian Torresin avqustun sonlarında "Liepaya" klubu ilə "Riqa"ya 30 metrdən vurduğu qol ən yaxşı seçilib.


Qeyd edək ki, Sumqayıtda doğulmuş Vüqar Əsgərov “Olayne” klubunun şərəfini qoruyur. O, başa çatan mövsümdə 40 qol vurub və mövsümün rəmzi komandasına düşüb. Əsgərovun və digər azərbaycanlı Orxan Həsənəliyevin çıxış etdiyi Olayne təmsilçisi Latviya çempionatının I dəstəsini II yerdə başa vursa da, pely-offda uduzduğu üçün Virsliqaya (yüksək dəstə) vəsiqə qazana bilməyib.
Onu da xatırladaq ki, 31 yaşlı hücümçu Berti Foqtsun dövründə millimizdə 3 oyun keçirib.
Qaynarinfo.Az