Xəbər lenti

Azərbaycan millisinin üzvü Bolqarıstan klubuna keçə bilər
İdman15:45 24.06.2023

Azərbaycan millisinin üzvü Bolqarıstan klubuna keçə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın "Aleksandriya" klubundan ayrılan azərbaycanlı futbolçu Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi MOİK-lə danışıqlar aparır.
Transfer baş tutsa, gənc vinger Sofiya təmsilçisinə azad agent kimi keçəcək.
Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.